"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1083
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Dövlətqaçqınkomda olub
Mətbuat xidmətinin məlumatı 26 Oktyabr, 2016
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində göstərilən səylərə, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektlərinə dair müzakirələr aparılıb. Herbert Salber Azərbaycana budəfəki səfəri çərçivəsində respublikamızın qərb bölgəsində də olacağını deyib. O bildirib ki, əsas məqsədi cəbhə bölgəsinə yaxın ərazilərə səfər etmək, həmçinin qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaqdır. Ötən bir il ərzində dünyada bir çox hadisələrin baş verdiyini deyən Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin Dağlıq Qarabağa muxtar respublika statusunun verilə biləcəyi ilə bağlı fikrini xatırladan Əli Həsənov qeyd edib ki, bu, Ermənistana edilə biləcək ən böyük güzəştdir. Ermənistan hakimiyyətinin münaqişənin həllində ən böyük maneə olduğunu vurğulayan Baş nazirin müavini deyib: “Çünki bu rejim Ermənistan-Azərbaycan münaqişəsinin üzərində hakimiyyətə gəlib. Daha doğrusu, azərbaycanlıların tökülmüş qanlarının üzərində hakimiyyətə gəlib. Son danışıqlar zamanı münaqişənin mərhələli həlli məsələsi müzakirə olunurdu. Bundan əvvəl də münaqişənin bu yolla həll olunması məsələsi təklif edilmişdi. Lakin o zaman Ermənistanda mitinqlər başladı. Prezident Levon Ter-Petrosyan istefaya göndərildi. Son danışıqlarda da münaqişənin mərhələli həlli ilə bağlı məsələlər ortaya çıxandan təxminən bir ay sonra Ermənistanda yenidən mitinqlər başladı. Hesab edirəm ki, bütün bunlar düşünülmüş məsələlərdir. Bu, onların vaxt uzatmaq üçün növbəti hiyləsidir”. Bu ilin aprelində qoşunların təmas xəttindəki hadisələrə toxunan Əli Həsənov bildirib ki, aprel ayının əvvəllərində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatına layiqli cavab verdi. “Aprel ayının 28-də isə Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə mülki əhalini, yaşayış məntəqələrini atəşə tutdu. Lakin ermənilərin bu təxribatları xalqımızı qorxutmadı. Çünki Azərbaycan xalqı güclü ordumuza arxalanır. Aprel hadisələrində Azərbaycanda xalqın, ordunun və Prezidentin monolit birliyi nümayiş olundu”, - deyə Baş nazirin müavini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycan bu gün inkişaf yolundadır, hüquqi dövlət qurub, bazar iqtisadiyyatı prinsiplərini tətbiq edir, demokratik prinsipləri gündən-günə inkişaf etdirir. Herbert Salber aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması istiqamətində intensiv diplomatik danışıqlar prosesinin başlandığını deyib. O, problemin həlli istiqamətində müsbət nəticələrin əldə olunacağına ümid etdiyini vurğulayıb.
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur