"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1279
Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 23 Yanvar, 2017
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov yanvarın 23-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufsunla görüşmüşdür. Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ticarət, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Əli Həsənov Səfirin fəaliyyəti dövründə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. Görüşdə Əli Həsənov qeyd edib ki, ölkəmiz böyük uğurlar qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olub. Bu gün Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunmuşdur. O, həmçinin qeyd etmişdir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.Ölkəmizdə cənab Prezidentin təşəbbüsü ilə yeni modellər tətbiq olunur. Asan Xidmət bu sahədə bütün dünya üçün nümunədir. Ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün yaradılmış səmərəli idarəcilik mexanizmi də Azərbaycan modeli olaraq dünyaya nümunədir. Bu gün Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə dünyanın diqqət mərkəzindədir, həmçinin təbii resurslarına, yerləşdiyi coğrafi mövqeyinə və müstəqil siyasətinə görə tanınır.Ölkəmiz qoşulduğu bütün konvensiyaları icra edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən Baş nazirin müavini bildirib ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmış və bunun nəticəsində ərazilərimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bildirilib ki, ermənilərin əzəli torpaqlarımıza köçürüldüyü vaxtdan bölgədə etnik və milli zəmində problemlər yaşanıb, azərbaycanlılar kütləvi soyqırımlarına və deportasiyaya məruz qalıblar. Ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsinə 200 il əvvəl başlandığını vurğulayan Əli Həsənov onların özlərinin 1978-ci ildə ucaltdıqları “Marağa-150” abidəsinin, eləcə də Rusiya imperiyasının arxiv sənədlərinin bunu sübut etdiyini vurğulayıb. Əli Həsənov deyib ki, beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı 4 qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Lakin işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. İndiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, iqtisadi tənəzzülünü daha da sürətləndirir.Azərbaycan Prezidenti münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə siyasi iradə və ardıcıl mövqe nümayiş etdirir. Səfirin diqqətinə çatdırılıb ki, ermənilərin dünyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ili ötür. Dünyada sayca ən böyük erməni diasporası Fransada, maliyə baxımından isə Amerikadadır. Bu imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayırlar. Baş nazirin müavini bildirib ki, Belçikada yerləşən Avropa Parlamenti 2014-cü ildə ədalətsiz qərar çıxartdı. Bu, çox böyük təəccüb doğurdu. Avropa Parlamentinin qətnaməsində heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildi.Ancaq cənab Prezident Avropa Parlamentinin nüamyəndə heyətini qəbul edərkən öz haqlı mövqeyini onlara çatdırdı və onlar da bununla razılaşdılar. Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Bert Skufs hələ 2012-ci ildə Azərbaycanda olduğunu, ölkəmizin və Bakının gözəlliyinin, həmçinin xalqımızın səmimiliyinin onu valeh etdiyini dedi. Fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında yaxşı münasibətləri davam etdirmək olacağını vurğulayan səfir hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində də səylərini əsirgəməyəcəyini qeyd etdi. Belçika şirkətlərinin Azərbaycanda bir çox sahələrdə fəaliyyət göstərdiklərini qeyd edən səfir Bert Skufs ölkəsinin iş adamlarının Azərbaycan şirkətləri ilə işləməyə hər zaman açıq olduqlarını bildirdi. Diplomat Azərbaycanın sürətli inkişafını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulamış, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Strateji yol xəritəsi ilə tanış olduğunu və bunun gələcəkdə uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. O, eyni zamanda ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb