"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1410
Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
Tədbirlər 20 Oktyabr, 2018

Şəki şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəliyi və Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Yeni Çələbixan köçkünlər qəsəbəsində yerləşən Xocalı rayon 3 saylı, Ağdam rayon 29 saylı, Laçın rayon M.Süleymanov adına tam orta məktəblərdə tədbir keçirilib. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı etdirilməsi həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindəndir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların müasir avadanlıqlarla təchiz edilməsi təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən təhsil məsələlərini daim diqqətdə saxlayır. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə müasir tələblərə cavab verən, bütün zəruri avadanlılqlarla təchiz edilmiş məktəb və bağçalar inşa edilərək istifadəyə verilir. Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan məcburi köçkünlərin təhsil haqqı dövlət tərəfindən təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman məcburi köçkünlərin təhsil problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşır. Tədbir zaman ibtidai sinif şagirdlərinə dərs ləvazimatları paylanılıb. Bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulub.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib