"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1275
İsveçrəli tələbələr Dövlət Komitəsində olublar
Görüşlər 31 Oktyabr, 2018

Oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin İsveçrənin Franklin Universitetinin Bakıda qonaq olan tələbələrdən ibarət nümayəndə heyəti ilə görüşü olub. Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistan ötən əsrin 80-ci illərinin sonunda ölkəmizə qarşı ərazi iddiası qaldırıb, az sonra isə hərbi təcavüzlə torpaqlarımızın 20 faizini zəbt edib. İşğalçının həmin əraziləri dərhal və qeyd şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 25 il əvvəl qəbul etdiyi 4 qətnamə, eləcə də digər beynəlxalq təşkilatların qərarları icra olunmur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub, fiziki, mənəvi və maddi məhrumiyyətlərə məruz qalıb. Dövlət Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı məsələləri ölkəmizdə uğurla icra edilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, Bakıda və Sumqayıtda ağır şəraitdə yaşayan məcburi köçkünlərin ilk növbədə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasına şəxsən nəzarət edir. İsveçrəli tələbələrə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dövlət gənclər siyasəti və onun uğurlu nəticələri barədə də ətraflı məlumat verilib. Gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həlli üçün Dövlət Proqramlarının icra edildiyi bildirilib. Qeyd olunub ki, ölkədə gənclərin çoxsaylı ictimai təşkilatları fəaliyyət göstərir, azərbaycanlı gənclər beynəlxalq tədbirlərdə xalqımızın haqq səsini ucaldır, ədalətli mövqeyini müdafiə edirlər. Azərbaycanın multikultural və tolerant dəyərlərə hörmət baxımından dünyanın nümunəvi ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar. Respublikanın müxtəlif ərazilərində məscid, kilsə və sinaqoqlar var, onlara dövlət tərəfindən diqqət və qayğı göstərilir. Daha sonra qonaqlar məcburi köçkünlərin doğma yurd-yuvalarını tərk etdikdən sonra yaşadığı çadır düşərgələrinin, fin tipli qəsəbələrin, yataqxanaların və yeni salınmış qəsəbələrin maketlərinə baxıblar. Bildirilib ki, köçkünlüyün ilk illərində normal yaşayış şəraiti olmayan tikili və binalarda müvəqqəti sığınacaq tapan vətəndaşlarımız üçün müasir tipli qəsəbələr salınır və onlar yeni mənzillərlə təmin olunurlar.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib