"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1845
Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub
Görüşlər 19 Noyabr, 2018

Noyabrın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Konfransının sabiq sədri, İtaliya xarici işlər nazirinin keçmiş müavini Mario Rafaelli ilə görüşüb. Dövlət Komitəsinin sədri qonağa hələ də öz həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin üzləşdiyi humanitar fəlakətin fəsadları barədə məlumat verib. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız respublikanın müxtəlif bölgələrində məskunlaşıb, ağır məhrumiyyətlərə düçar olublar. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsinin icra edilməməsi onların öz evlərinə, yurd yerlərinə qayıtmasını əngəlləyir. Bununla yanaşı, Minsk Konfransına sədrlik etdiyi dövrdə cənab Mario Rafaelli tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işlər razılıq hissi ilə xatırlanıb. Onun atəşin dayandırılması təklifini irəli sürdüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli”ni hazırladığı qeyd edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində İtaliyanın göstərdiyi səylər müsbət qiymətləndirilib. Azərbaycanda məcburi köçkün probleminin həlli ilə bağlı həyata keçirlən tədbirlər haqqında qonağa məlumat verən komitə sədri bu sahədə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasət apardığını, müharibədən zərər çəkən insanlara zəruri dövlət qayğısı göstərildiyini bildirib. Qeyd olunub ki, onların sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin verilməsi üçün Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı layihələr icra olunur. Əsasən zirzəmilərdən və qəzalı vəziyyətdə olan tikililərdə müvəqqəti məskunlaşmış yüzlərlə ailə bu il yeni mənzillərə köçürülüb və məcburi köçkünlər üçün yaşayış komplekslərinin inşası davam etdirilir. Didərginlik həyatı yaşayan həmvətənlərimizin öz doğma yurdlarına qayıtmaq istəyinin və əzminin Cəbrayıl rayonunun iki il əvvəl işğaldan azad edilmiş və Azərbaycan dövləti tərəfindən bərpa olunmuş Cocuq Mərcanlı kəndinin timsalında özünü aydın şəkildə göstərdiyi diqqətə çatdırılıb. Kəndə qayıtmış yerli sakinlərin hazırda burada rahatlıqla yaşadığı, onların məşğulluğu üçün layihələr ica edildiyi vurğulanıb. Mario Raffaelli səmimi görüşə və məcburi köçkünlərin vəziyyəti ilə bağlı verilən ətraflı məlumata görə təşəkkürünü bildirib, münaqişənin nizamlanması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib. Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov görüşdə iştirak edib. Sonra italiyalı diplomat Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində olub, burada müvəqqəti məskunlaşmış sakinlərlə görüşüb.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib