"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1474
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Mətbuat xidmətinin məlumatı 12 Dekabr, 2018
Dekabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını tərk etmiş qaçqınlar və məcburi köçkünlər də hər zaman ulu öndərin diqqət və qayğısını hiss ediblər. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə ilk dövlət proqramı hazırlanıb və icra edilib. Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətini möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Bu həssas kateqoriyadan olan vətəndaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasını və məşğulluğunun artırılmasını təmin edən kompleks tədbirlər müəyyənləşdirilərək həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsinə dair verdiyi tapşırığını şəxsən nəzarətdə saxlayır. Hazırda Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Ümid” qəsəbəsində 300, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi yaxınlığında 810, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisində hər biri 1000 məcburi köçkün ailəsi üçün yeni yaşayış komplekslərinin məskunlaşdırılmasına hazırlıq aparılır. Bu komplekslərin istifadəyə verilməsi ilə son bir il ərzində yeni mənzil və ya evlə təmin olunan məcburi köçkün ailələrinin sayı 5700-ə (təxminən 30 min nəfər) çatacaq. Beləliklə, dövlətimizin diqqət və qayğısı sayəsində mənzil-məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış məcburi köçkünlərin sayı 300 min nəfərə yaxın (55 min ailə) olacaqdır. Bu istiqamətdə tədbirlər ardıcıl xarakter daşıyır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə gül düzüblər.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi