"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1739
Gənclər Günü münasibətilə Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirilib
Tədbirlər 02 Fevral, 2019

Gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi, onların xalqa və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindəndir. Prezident İlham Əliyev gənclərə xüsusi qayğı göstərir, onların dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində uğur qazanması üçün lazımi şərait yaradır. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində də gənclərin mühüm rolu vardır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə keçirilən görüşdə söhbət açılıb. 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə Dövlət Komitəsinin əməkdaşları, veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər. Görüş ön xətdə düşmənlə üz-üzə dayanan və torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb. Əvvəlcə tədbir iştirakçıları 2016-cı ililn aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra onlar hərbi hissədə əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və yaşayış şəraiti ilə tanış olublar. Zabitlər Niyazi Dadaşov, Qəhrəman Abdullayev, Orxan Nəsirov gənc əsgərlərin hərbi xidmətin tələblərinə layiqincə əməl etdiklərini, vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirdiklərini bildiriblər. Qeyd edilib ki, güclü maddi-texniki bazası, silah-sursat təchizatı, yüksək döyüş ruhu olan Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməndən üstündür və hər an Ali Baş Komandanın döyüş əmrini yerinə yetirərək zəfər qazanmağa qadirdir. Aprel döyüşlərindəki qələbəsi ilə ordumuz bunu bütün dünyaya nümayiş etdirib. Dövlət Komitəsinin təşkilatçılığı ilə məcburi köçkün ailələri tərəfindən hazırlanmış sovqat və hədiyyələr hərbi hissənin şəxsi heyətinə təqdim olunub. Sovqat qutularında əsgərlər üçün zəruri ləvazimatlar, əldə toxunma corab, Qarabağ şirniyyatı, müharibə qəhrəmanları haqqında kitablar, həmçinin məcburi köçkün uşaqların məktubları vardı. Bundan başqa, hərbi hissəyə üzərinə Lələtəpə yüksəkliyinin alınması zamanı şəhid olmuş hərbçilərin adları həkk olunmuş və onların ailə üzvləri tərəfindən imzalanaraq xüsusi çərçivə içərisində yerləşdirilmiş köynək və hərbi atributlarla bəzədilmiş divar saatı hədiyyə edilib. Hərbi hissənin komandanlığı Dövlət Komitəsinin təşəbbüsünü və şəxsi heyət üçün gətirilmiş sovqatı yüksək qiymətləndirib, Gənclər Günü ərəfəsində bu görüşün gənc əsgərlərin döyüş ruhunu daha artırdığını bildirib. Görüşdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, şəhid valideynləri Əşrəf Qəhrəmanov və Ələkbər Hüseynov, Aprel döyüşlərinin iştirakçısı, veteran hərbçi Elşən Əzimov çıxış ediblər. Sonra əsgər yataqxanasına toplaşan görüş iştirkçıları tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynovun, gənc müğənni Cümşüd Kərimlinin və hərbi hissədə xidmət edən istedadlı əsgərin ifalarını dinləyiblər. Tədbir iştirakçıları belə görüşlərin bir gün Qarabağda, işğaldan azad ediləcək yurd yerlərində keçiriləcəyinə əmin olduqlarını bildiriblər.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib