Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib 5.4.2019
Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Ölkə vətəndaşlarının sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi dövlətimizin sosial siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il əhalinin tibbi profilaktik müayinəyə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səhiyyə sahəsində layihələr həyata keçirir, sosial müdafiəyə xüsusi ehtyacı olan vətəndaşların müayinə və müalicəsinə lazımi köməklik göstərir.
Ölkə rəhbərliyinin tövsiyəsinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdundan didərgin düşən həmvətənlərimizin birbaşa müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək səviyyəli tibbi xidmətdən istifadə etməsinə dəstək verir. Artıq ənənəyə çevrilmiş tibbi müayinə aksiyası aprelin 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilib.
Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının əksəriyyəti elmi və ali dərəcəli mütəxəssislərdən ibarət olan 20 nəfərdən ibarət həkim briqadası Səhiyyə Nazirliyinin qəsəbədə yerləşən 19 saylı birləşmiş xəstəxanasının poliklinika şöbəsində məcburi köçkünləri müayinə edib, onlara tibbi xidmət göstərib.
Aksiya haqqında Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə əvvəlcədən məlumat verilib.
Aksiya çərçivəsində 400 nəfərə yaxın məcburi köçkün müayinə olunub. Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.
Respublika Kliniki Xəstəxanasının baş həkimi Telman İbadov və 19 saylı birləşmiş xəstəxananın baş həkimi Elçin Hüseynov aksiyanın gedişinə nəzarət ediblər.
Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə ninnətdarlıq bildiriblər.
Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.
 
 
idpsCopyright © 2019
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az