Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib 21.5.2019
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Mayın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onların hər birinin müraciəti diqqətlə dinlənilib və qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, qeydiyyat, məşğulluq və digər məsələlərlə bağlı olub. Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
Bununla yanaşı, məcburi köçkünlərin diqqətinə bir daha çatdırılıb ki, Prezident İlham Əliyev onların problemlərinin həlli, xüsusən yaşayış şəraitlərinin yaxşılaşdırılması və bu məqsədlə salınan qəsəbələrin sayının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva vaxtaşırı məcburi köçkünlərlə görüşür, onların problemlərinin qısa müddətdə öz həllini tapmasına çalışır.
Dövlət Komitəsində qəbulda olan vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.
 
 
idpsCopyright © 2019
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az