"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1890
Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qəbələdə məcburi köçkünlərlə görüşüb
Görüşlər 23 May, 2019

Almaniya Bundestaqının ölkəmizdə səfərdə olan Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 195 məcburi köçkün ailəsi üçün salınmış yaşayış məhəlləsində olub.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqları səmimiyyətlə qarşılayıb, onlara zəruri texniki infrastrukturla təchiz olunmuş yaşayış məhəlləsi haqqında məlumat verib. Ölkəmizdə aparılan hərtərəfli islahatlardan və əldə edilən sosial-iqtisadi uğurlardan söz açan komitə sədri Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirdiyini, bununla bağlı konkret fəaliyyət proqramının həyata keçirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həmin kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni yaşayış sahələrinin inşa edilməsinə, məşğulluq və sağlamlıq məsələlərinə böyük qayğı göstərdiyini bildirib. 


Qonaqlar qəsəbədə yaşayan məcburi köçkünlərlə görüşüb, burada fəaliyyət göstərən 188 yerlik məktəblə tanış olub, siniflərin birində “İngilis dili” dərsinin gedişini izləyiblər. Məcburi köçkün ailələrdən birinin mənzilinə baş çəkən almaniyalı deputatlar ailə üzvləri ilə söhbətləşiblər. 


Nümayəndə heyətinin rəhbəri Yohannes Kahrs bildirib ki, bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışarkən, Azərbaycandakı alman irsinə xüsusi diqqət göstərilməsini yüksək qiymətləndiriblər.

 

Bundan başqa, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin təqdirəlayiq olduğu bildirilib.

 

 

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib