"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1613
Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib
Tədbirlər 31 May, 2019

Mayın 31-də Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkün şagirdlərin ixtisas seçiminə yardım göstərmək məqsədilə təlim təşkil edilib.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Füzuli rayonundan məcburi köçkün, “Qobu Park”ın sakini jurnalist Arzu Əliyevadır. Təlimə yaşayış kompleksində fəaliyyət göstərən 32 nömrəli Ağdam, 29 nömrəli Laçın tam orta məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri cəlb ediliblər.

 
Təlimçilər - Azərbaycan Müəllim İnkişafı Mərkəzinin eksperti, Xəzər Universitetinin və Bakı Ali Neft Məktəbinin müəllimi Qoşqar Məhərrəmov, AMEA-nın Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev şagirdlərə peşə və ixtisas seçimi ilə bağlı maraqlı və faydalı məlumatlar verib, uğurlu karyera qurmağın xüsusiyyətləri barədə söhbət açıblar, təlim iştirakçılarının suallarını cavablandırıblar. 

 
Layihə rəhbəri Arzu Əliyeva təlimin məqsədi haqqında deyib: "Peşə və ixtisas seçimi hər bir gəncin həyatında ən önəmli qərarlardan biridir. Müasir dünyanın tələbinə uyğun olaraq ixtisas insanın xarakterinə, fiziki və psixi potensialına uyğun olmalıdır.Bu məsələdə müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki onlar şagirdlərin həm bilik səviyyəsinə, həm də xarakterinə yaxşı bələddirlər. Təlimin məqsədi şagirdlərin ixtisas seçiminə kömək göstərməklə yanaşı, bu işdə düzgün istiqaməti tapmaqda müəllimlərə də yardımçı olmaqdır. Eyni zamanda şagirdləri qəbul imtahanının ikinci mərhələsinə psixoloji olaraq hazırlamaq, ixtisas seçimlərində istiqamət və motivasiya verməkdən ibarətdir".

 
Məcburi köçkün şagirdlər və onların müəllimləri təlimdən razı qalıblar.

 

 

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib