"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2045
Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub
Görüşlər 25 İyun, 2019

İyunun 25-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev VII Muğam Televiziya Müsabiqəsinin əslən Laçın, Zəngilan və Xocalı rayonlarından olan qalibləri ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri gənc xanəndələri respublikamızda və onun hüdudlarından kənarda çox populyar olan ənənəvi müsabiqədə uğur qazanmaları münasibətilə təbrik edib. Qeyd olunub ki,  Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən bu möhtəşəm sənət yarışması muğam ifaçılığının inkişafında və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Müsabiqənin təşəbbüsçüsü və ilhamvericisi Birinci vitse-prezident,  Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva xalqımızın ən böyük sərvətlərindən biri olan muğam sənətinə xüsusi diqqət və qayğı göstərir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə UNESCO-nun mədəni irs siyahısına daxil edilən Azərbaycan xalq sənət nümunələrindən biri də muğamdır. Diqqətə çatdırılıb ki, televiziya muğam müsabiqələri yeni nəsil muğam ifaçılarının, o cümlədən  məcburi köçkün ailələrdən olan istedadlı yeniyetmələrin və gənclərin aşkara çıxarılmasına, böyük sənətə vəsiqə almasına şərait yaradır.

 

Gənc xanəndələr – Xəyal Hüseynov, Murad Rüstəmzadə (Laçın), Zülfiyyə Cəbrayılzadə (Zəngilan),  Faiq Əkbərov (Xocalı) ölkəmizdə muğam sənətinə, bu sənəti seçən  ifaçılara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə dövlətimizin başçısının hərtərəfli qayğısından onların da ailələrinə pay düşdüyünü qeyd edib, eyni zamanda, ata-baba torpaqlarının tezliklə işğaldan azad olunacağına inandıqlarını söyləyiblər.

 

Dövlət Komitəsinin sədri gənc xanəndələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara xalqımızın və dövlətimizin etimadını hər zaman doğrultmağı tövsiyə edib.

 

 

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib