"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1852
AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
Mətbuat xidmətinin məlumatı 25 İyun, 2019

Avropa Şurası Parlament Assambleyası çərçivəsində qaçqın, məcburi köçkün və itkin düşmüş insanların taleyi ilə bağlı dinləmələr keçirilib.

 

Dinləmələr Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin qurumun “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə hazırlıq çərçivəsində təşkil olunub. Bəzi ölkələrdə, eləcə də Azərbaycanda qaçqın və məcburi köçkünlərin, eləcə də itkin düşmüş insanların taleyinə dair müzakirələr aparılıb.

 

Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, qaçqın və məcburi köçkün məsələsinin həlli ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət və hökumətimizin həyata keçirdiyi layihələrdən, gördüyü tədbirlərdən söz açan F.Hüseynov qeyd edib ki, doğma yurdundan didərgin düşmüş insanların yerləşdirilməsi üçün yeni yaşayış məntəqələri salınır. Buna baxmayaraq, onlar daim öz doğma yurdlarına dönmək ümidi ilə yaşayırlar.

 

Qaçqın və məcburi köçkünlərin hüquqlarından danışan F.Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırladaraq, məcburi köçkünlərin hər görüşdə doğma yurdlarına nə vaxt qayıdacaqları ilə bağlı suallar verdiyini qeyd edib. Ümid etdiyini bildirib ki, onların suallarına tezliklə cavab vermək mümkün olacaq.

 

Tədbirdə iştirak edən erməni deputatı yenə də yalanlarla dolu çıxış etmək istəsə də, konfransın sədri onu dayandırıb.

 

AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin üzvü, Polşadan olan deputat Killion Munyama ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı son yeniliklərlə maraqlanıb.

 

Dinləmələrdə məcburi köçkün, itkin düşmüş insanların taleyi ilə bağlı narahatlıq ifadə edilib, onların ailə üzvlərinin gözləntilərinə cavab verilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

 

 

18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb