"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2099
Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Görüşlər 02 Oktyabr, 2019

Oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.

 

Dövlət Komitəsinin sədri yeni təyinatı münasibəti ilə səfiri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

 

Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmayıb. Münaqişənin həlli üzrə Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinin bu məsələdə mühüm əhəmiyyət daşıdığı, danışıqlar prosesində irəliləyişin əldə edilməsinə təsirinin vacibliyi diqqətə çatdırılıb. Komitə sədri qonaqların diqqətinə çatdırıb ki, Xocavənd rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinin bu gün 27-ci ili tamam olur. Dağlıq Qarabağda ermənilər tərəfindən  azərbaycanlı əhaliyə qarşı ilk soyqrımı cinayəti 1992-ci il fevralın 17-də məhz  bu rayonunun Qaradağlı kəndində törədilib.     

 

Bildirilib ki, Azərbaycan dövləti müharibə nəticəsində mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən Dövlət Proqramı çərçivəsində yeni yaşayış kompleksləri salınır, məcburi köçkünlərin mənzil-məişət şəraiti  mərhələli şəkildə yaxşılaşdırılır. Hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıqlarının icrası davam etdirilir.

 

Dövlət Komitəsinin funksiyası, gördüyü işlər barədə qonağa ətraflı məlumat verilib.

 

Səfir Örl Litzenberger səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edib ki, iki dövlət arasında baş vermiş münaqişənin ən ağır faktoru insan amili, xüsusi ilə məcburi köçkünlərdir. Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğu vurğulanıb. Qeyd edilib ki,münaqişənin ilk illərində məcburi köçkün düşən azərbaycanlılara ABŞ müxtəlif yardımlar edib və dünyada, o cümlədən Azərbaycanda məcburi köçkünlər üçün bundan sonra da əlindən gələni etməyə hazırdır.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətinə münasibət bildirən səfir status-kvonun dayanıqlı olmadığına diqqət çəkib. Bildirib ki, bu vəziyyət Ermənistan iqtisadiyyatına zərbə vurur, adamların ölkəni tərk etməsinə səbəb olur.  Səfirin fikrincə, münaqişənin həlli Ermənistan iqtisadiyyatının inkişafına da şərait yaradar.

 

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.

 

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib