Məcburi köçkün icmasının nümayəndələri hərbçilərlə görüşüblər 8.10.2019
Məcburi köçkün icmasının nümayəndələri hərbçilərlə görüşüblər
Sumqayıt şəhərindəki 12-ci mikrorayonda məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərən icma şurasının üzvlərindən bir qrupu Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüblər.
İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək, müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli dövlət qayğısı göstərildiyini diqqətə çatdırıb. O, icma
şurasının məram və məqsədləri barədə məlumat verib, gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliğinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirib. İcma şurasının, əsasən, şəhid
ailələrinin üzvlərindən, müharibə əlillərindən və veteranlarından təşkil olunduğunu vurğulayan Q.Hüseynov onların ön cəbhədə düşmənlə üz-üzə dayanan hərbçilərimizə mənəvi dəstək verməyə gəldiklərini qeyd edib.
Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları bu gün Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə və zəruri maddi-texniki bazaya malik olmasından qürur hissi keçirdiklərini, onların işğal altındakı torpaqları tezliklə azad edəcəklərinə əmin
olduqlarını söyləyiblər.
İcma şurasının üzvləri hərbi xidmətdə xüsusilə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.
Görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.
 
 
idpsCopyright © 2019
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az