|
|||
Rəhbərlik
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Əmək fəaliyyətinə gənc yaşlarından başlamışdır. 1982-ci ildən Azərbaycan Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Parlamentinin deputatı olduğu dövrdə qanunyaradıcılıq prosesində fəal iştirak etmişdir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və s. qanun layihələrinin hazırlanması üzrə işçı qrupunun üzvü, “Yuvenal Ədliyyə haqqında”, “Azərbaycan Respublikasının işğal olunmuş əraziləri haqqında” və s. qanun layihəsinin təşəbbüskarı olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlanması üzərində işləmişdir. Avropa Şurasının Parlament Assambleyasının üzvü kimi həmin qurumun “Miqrasiya, qaçqınlar və əhali üzrə” və “Sosial məsələlər” üzrə komitələrində çalışmışdır. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olduğu dövrdə bu ölkələr arasında faydalı əməkdaşlığın artırılması sahəsində çalışmışdır. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib. Bitərəfdir. Ailəlidir, 3 övladı var. Tel: 430-09-25 e-poçt: r.rzayev@refugees-committee.gov.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini 1972-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Əhmədov Sabir Əhməd oğlu 20 fevral 1976-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri 1960-cı il martın 21-də Azərbaycan Respublikası, Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1977-ci ildə Tərtər rayonu Qazyan kənd orta məktəbini bitirmiş, həmin ildə Qarabağ rayonlararası məhsullar təchizatı bazasında fəhlə işləmişdir. 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitariya texnikası fakültəsinə qəbul olmuşdur. 1983-cü ildən Oktyabr rayonu qaz istismar idarəsində usta, 1985-ci ildə həmin rayonda sahə rəisi, 1986-cı ildən Xüsusiləşdirilmiş təmir tikinti tresti 2 №li idarədə baş mühəndis, həmin ildən Azqaztəmirtikinti trestində baş texnoloq, 1987-ci ildən Azəriqaztikinti trestinin 1№-li XTTİ-nə rəis müavini, həmin ildən Nizami rayon qaz istismar idarəsində rəis, 2004-cü ildən Binəqədi rayon qaz istismar idarəsində rəis, həmin ildən Səbail rayon qaz istismar idarəsində rəis, daha sonra Gəncə rayon qaz istismar idarəsində rəis, 2006-cı ildən Sumqayıt rayon qaz istismar idarəsində rəis, 2008-ci ildən Sumqayıt rayon qaz istismar idarəsində rəis, 2009-cu ildən ARDNŞ Azəriqaz İstehsalat Birliyində rəis, 2010-cu ildən ARDNŞ Azəriqaz İstehsalat Birliyində direktor müavini vəzifələrində işləmişdir. 12.07.2018-ci ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini, 29.08.2018-ci ildən bu günədək Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri vəzifəsində işləyir. YAP-ın üzvüdür. Ailəlidir, 3 övladı var. |
|||
![]() AZƏRBAYCAN RESPUBLİKASI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |