Dövlət Komitəsinin sədri Mingəçevirdə məcburi köçkünləri qəbul edib 28.9.2018
Dövlət Komitəsinin sədri Mingəçevirdə məcburi köçkünləri qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan qəsəbədə Mənzil İstismar Sahəsinin binasında vətəndaşları qəbul edib.
Qəbulda Mingəçevir, Yevlax və Tərtərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Onların müraciətləri, əsasən, mənzil-məişət, məşğulluq, kommunal xidmətlər, statusun verilməsi və digər məsələlərlə əlaqədar olub. Müraciətlərin bir qismi yerində həll edilib.
Məlumat verilib ki, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, maddi rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğının nəticəsidir. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və onların həlli üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə həssaslıqla yanaşır, hələ də ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı aparılan işlərin sürətləndirilməsi üçün verdiyi tapşırıqların icrası davam etdirilir.
Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
 
 
idpsCopyright © 2018
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az