Dövlət Komitəsinin sədri Pirşağıda məcburi köçkünlərlə görüşüb 6.5.2019
Dövlət Komitəsinin sədri Pirşağıda məcburi köçkünlərlə görüşüb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum”, “Gilavar” sanatoriyası, “Qağayı” və “Gənc geoloqlar” düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Dövlət Komitəsinin sədri müvəqqəti yaşayış yerlərinə baxıb, buradakı vəziyyətlə tanış olub, məcburi köçkünlərin müraciətlərini dinləyib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
Məcburi köçkünlərə bir daha bildirilib ki, onların sosial problemlərinin həlli üçün məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın ayrı-ayrı bölgələrində məcburi köçkünlər üçün müasir tipli yeni qəsəbələr salınır. Hər il minlərlə məcburi köçkün həmin qəsəbələrdəki tam təmirli mənzilərə, evlərə köçürülür.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğı göstərir.
Görüş iştirakçılarına izah edilib ki, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan və uzun illərdir ağır şəraitdə yaşayan məcburi köçkünlər paytaxtın ərazisində inşa edilən yaşayış komplekslərində yeni mənzillərə mərhələli şəkildə köçürülürlər. Hazırda Qaradağ və Pirallahı rayonları ərazilərində belə komplekslərin inşası davam etdirilir. Bu il Ramana qəsəbəsində yeni kompleksin inşasına başlanması nəzərdə tutulub.
 
 
idpsCopyright © 2019
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az